Xəbərlər 17.07.2024 10:23 1660

Neftin qiyməti bir qədər aşağı düşür

Neft qiymətləri əvvəlki üç seansda enişdən sonra ticarətdə zəif düşüb.

QHT.az xəbər verir ki, Londonun ICE Futures birjasında Brent markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 83,63 dollar təşkil edir ki, bu da əvvəlki ticarətin bağlanışına nisbətən 0,1 dollar (0,12%) azdır. Çərşənbə axşamı bu kontraktlar 1,12 dollar (1,3%) ucuzlaşaraq 83,73 dollar/barel olub.

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində avqust ayı üçün WTI markalı neftin bir barelinin qiyməti 0,1 dollar (0,12%) ucuzlaşaraq 80,66 dollar olub. Əvvəlki sessiyanın yekunlarına görə, bu müqavilələrin dəyəri 1,15 dollar (1,4%) azalaraq bir barel üçün 80,76 dollar olub.
 
Pərvanə Fərhadqızı

Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı