Xəbərlər 02.09.2024 09:50 1190

Türkiyədə vəhşi eşşəyin qədim şəkli tapılıb

Türkiyədə daş üzərində oyulmuş qaçan vəhşi eşşəyin təsviri tapılıb. 

QHT.az xəbər verir ki, onun yaşı 11 min il ola bilər Karahan Təpə arxeoloji sahəsi Türkiyənin cənub-şərqində yerləşir. Burada tapılan strukturların yaşı təqribən 11 min ildir, o cümlədən insan formasında olan 250 T formalı obelisk.

Alimlər qeyd ediblər ki, bu dövrdə iki növ heyvanın təsvirləri çox yayılmışdır: qorxulu və qida kimi istehlak edilən. Yəqin ki, ikinci qrupa vəhşi eşşəklər aid idi. Tapıntı tarixin həmin dövründə insan və vəhşi təbiət arasındakı əlaqəni daha yaxşı anlamağa kömək edəcək.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı