QHT könüllüləri Heydər Əliyevin şəkli və 28 Maya həsr olunmuş əl işləri hazırlayıb - FOTOLAR
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan Könüllülük Proqramının “Şəbəkələşmə ayı” çərçivəsində ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən könüllüləri üçün master-klasslar təşkil olunub.
QHT.az xəbər verir ki, Ağdam rayonunda İctimai Birliyin könüllüləri tərəfindən tablo üzərində zər sənəti tətbiq edərək Ümummilli lider Heydər Əliyevin şəkli, 28 May Müstəqillik Gününə həsr olunmuş “Floristika sənəti” mövzusunda əl işi hazırlanıb, gipsdən “28 May” maketi düzəldilib. Həmçinin, Lənkəran şəhərində eko çantalar üzərində tikiş işi aparılıb, Zaqatala və Sabirabad rayonlarında isə mandala master-klassları keçirilib.
Qeyd edək ki, "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi könüllülük proqramının “Şəbəkələşmə ayı” çərçivəsində gənclər üçün müxtəlif sənət növləri üzrə keçirilən master-klassların əsas məqsədi könüllülər arasında mədəni və yaradıcı bacarıqların inkişaf etdirilməsi, komanda ruhunun gücləndirilməsi, bu fəaliyyətlər vasitəsilə gənclərin yaradıcı potensialının təşviq olunması və könüllülük fəaliyyəti çərçivəsində onların sosial aktivliyinin artırılmasıdır.