Vəhşi qorillalar ənənəvi tibbdə istifadə olunan bitkiləri yeyirlər
Qabondakı Moukalaba Doudou Milli Parkında qərb düzənlik qorillaları (Gorilla gorilla gorilla) insanların ənənəvi təbabətdə istifadə etdiyi bitkiləri yeyir.
QHT.az xəbər verir ki, bu bitkilərin antibakterial xüsusiyyətləri laboratoriya araşdırmalarında təsdiqlənib və antibiotiklərə davamlı E. coli suşlarına qarşı təsirli olduğu göstərilib. Araşdırma nəticələri bu bitkilərin gələcəkdə insanlarda infeksiyaların müalicəsi üçün dərman potensialına malik olduğunu göstərir.
Pərvanə Fərhadqızı