Xəbərlər 03.06.2025 10:46 127

“Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunan məlumat sessiyası keçirildi - FOTOLAR

“Uşaqların hüquqlarının qorunması yalnız dövlətin deyil, həm də hər birimizin məsuliyyətidir”. Bu fikir Hüquq və İnsan Haqları İnstitutunun 1 iyun – “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə təşkil etdiyi tədbirdə səsləndirilib.

QHT.az xəbər verir ki, iyunun 2-də Hüquq və İnsan Haqları İnstitutunda 13-18 yaş qrupunu əhatə edən 25 məktəblinin iştirakı ilə məlumat sessiyası keçirilib. Sessiyanın əsas mövzusu “Uşaq hüquqlarının Azərbaycan Respublikasının qanunvericiliyində təminatı” olub.

Tədbir Hüquq və İnsan Haqları İnstitutunun Mətbuat və beynəlxalq əlaqələr şöbəsinin müdiri İlqar Ağasıyev tərəfindən açıq elan olunub. Sonra isə hüquqi tədqiqat şöbəsinin hüquq tədqiqatçısı Aygün Arifli mövzunun aktuallığı və əhəmiyyəti barədə ətraflı təqdimatla çıxış edib.

Təqdimatda uşaqların müdafiəsinin önəmi vurğulanıb, milli qanunvericilik və beynəlxalq hüquqi aktlar çərçivəsində uşaq hüquqlarının müdafiəsi, uşaq istismarının müxtəlif növləri və onların uşaqlara təsiri müzakirə olunub. Həmçinin, uşaqların hüquqlarının qorunmasında mövcud çətinliklər, iqtisadi və sosial maneələr, hüquqi dilemmlar barədə məlumat verilib. Sessiya zamanı iştirakçılar suallar verib, mövzu ətrafında müzakirələr aparıblar. Tədbir yekunlaşarkən, iştirakçılara sessiyada fəal iştiraka görə sertifikatlar təqdim olunub və qrup şəklində fotolar çəkilib.

Qeyd edək ki, Hüquq və İnsan Haqları İnstitutunun təşkil etdiyi tədbirdə uşaqların hüquqlarının müdafiəsi sahəsində məlumatlandırma və maarifləndirmə işinin vacibliyini nümayiş etdirib. İştirakçı məktəblilər isə bu mövzuda bilik və şüurlarının artdığını qeyd ediblər.

 

 

Pərvanə Fərhadqızı

QHT.az


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı