BDU Astrofizika kafedrası: İlin ikinci ay tutulması baş verəcək
Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrası, 2024-cü ilin ikinci Ay tutulmasının sentyabrın 18-də baş verəcəyini bildirib. Bu hadisə qismən Ay tutulması olacaq.
QHT.az xəbər verir ki,
-
Qismən Ay Tutulması: Bakı vaxtı ilə saat 06:12:48-də başlayacaq və saat 07:15:35-də sona çatacaq.
-
Yarımkölgəli Ay Tutulması: Saat 04:41:02-də başlayacaq və saat 08:47:18-də sona çatacaq.
-
Maksimum: Sentyabrın 18-i saat 06:44:10-da baş verəcək.
Bu qismən Ay tutulmasını Şimali və Cənubi Amerika, Antarktida, Afrika, Avropa, Qərbi Asiya və Rusiyanın cənub-qərbi daxil olmaqla, Ayın üfüqün üstündə olduğu istənilən yerdən müşahidə etmək mümkündür.
Azərbaycan ərazisində isə səhər saatlarında saat 04:41-dən 06:19-a qədər yarımkölgəli Ay tutulması müşahidə ediləcək.
BDU-nun Astrofizika kafedrası, astronomiya həvəskarlarını və tədqiqatçıları bu əhəmiyyətli hadisəni izləməyə dəvət edir.
Pərvanə Fərhadqızı