Xəbərlər 17.09.2024 13:04 1094

QHT sədrinin təhsil ocaqlarında uşaq hüquqları və mübahisələrin həlli haqqında AÇIQLAMASI

Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a uşaq hüquqları haqqında beynəlxalq konvensiya və Azərbaycanın uşaq hüquqları haqqında qanunvericiliyin hər bir təhsil müəssisəsinin rəhbərliyi və əməkdaşları tərəfindən nəzərə alındığını bildirib. Z. Mustafayeva, bu əsasnaməyə uyğun davranılmasının vacib olduğunu vurğulayıb.

O, müəllim və tələbə arasında baş verən mübahisələrin xarakterindən asılı olaraq, bu mübahisələrin tədris müəssisələrində, hüquq mühafizə orqanlarında və ən son olaraq məhkəmələrdə mübahisələnə biləcəyini qeyd edib. QHT sədri, hər kəsin bu prinsiplərə uyğun davranmasının vacibliyini qeyd edərək, mübahisələrin ədalətli şəkildə həllinə diqqət yetirilməsinin əhəmiyyətini vurğulayıb.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı