Xəbərlər 08.10.2024 14:31 1302

Ukraynanın ölkəmizdəki səfiri Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb

Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində olub.

 

Səfir Mərkəzdə reabilitasiya kursu keçən ukraynalı uşaqlarla görüşüb. Qeyd edək ki, son günlərdə Ukraynada müharibədən əziyyət çəkmiş daha 30 nəfər ukraynalı uşaq Agentliyin təşkilatçılığı ilə ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətlərinə cəlb edilib.

 

Bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dək ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin olunub.

 

Uşaqların reabilitasiya prosesi ilə tanış olan Y.Qusev Mərkəzdə yaradılan reabilitasiya infrastrukturunu yüksək qiymətləndirərək, uşaqlara göstərilən xüsusi diqqət və qayğıdan məmnunluğunu ifadə edib.

 

Ukraynalı uşaqlara Qəbələ Uşaq Reabilitasiya Mərkəzində 10 günlük reabilitasiya proqramı çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir.

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı