Vüqar Bayramov: "Azərbaycanın kosmos sənayesi beynəlxalq səviyyədə diqqət çəkir"
QHT.az xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov İtaliyanın Milan şəhərində keçirilən Beynəlxalq Astronavtika Federasiyasının 75-ci konqresində Azərbaycanın kosmos sənayesinə xüsusi diqqət yetirildiyini vurğulayıb. Deputat, 2009-cu ildən bəri Azərbaycanın bu sahədə ciddi uğurlar qazandığını bildirib.
Konqres çərçivəsində qlobal problemlərin, o cümlədən təbii fəlakətlər və iqlim dəyişikliyi kimi məsələlərin idarə olunmasında kosmos fəaliyyətinin əhəmiyyəti müzakirə edilib. Tədbirə dünyanın 100-dən çox ölkəsindən 15 mindən çox iştirakçı qatılıb.
Bayramov, həmçinin, Federasiyaya üzv ölkələrin nazirləri və parlament üzvlərinin 14-cü beynəlxalq iclasında Azərbaycanın aktiv iştirakını da qeyd edib.