Xəbərlər 14.11.2024 19:11 1176

BMT-nin  QHT-lər üzrə Şöbəsinin rəhbəri BAMF ofisini ziyarət etdi - FOTOLAR

Bu gün BMT-nin  QHT-lər üzrə Şöbəsinin rəhbəri Vuk Ji Çanq Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ofisini ziyarət edib..BMT-nin yüksək çinli rəsmisini  qarşılayan Umud Mirzəyev onu BAMF-ın yarandığı gündən bəri  həyata keçirdiyi layihələrlə, konflikt bölgələrinə təşkil etdiyi jurnalist səfərləri ilə, BAMF-ın hazırladığı filmlərlə tanış edib. Tanışlıqdan sonra Umud Mirzəyevin təşkilatçılığı ilə ofisin konfrans zalında V.J.Çanq la Azərbaycan QHT sektorunun nümayəndələrinin görüşü baş tutub.

Əvvəlcə BAMF-ın prezidenti qonağını Azərbaycandakı QHT sektorunun vəziyyəti barədə məlumatlandırdı. Sektorun fəaliyyətindən və işıqlandırdığı, həll etmək üçün mübarizə apardığı problemlərdən, Qarabağ və ətraf rayonlarda aparılan quruculuq və minatəmizləmə işlərindən, “Böyük Qayıdış” planından danışan Mirzəyev vurğulayıb ki,  bu fəaliyyətlərin olduqca irimiqyaslı olmağına baxmayaraq, BMT və digər beynəlxalq təşkilatlar Azərbaycanı demək olar ki, tək buraxıblar.

 

Azərbaycan dövlətinin yuxarıda qeyd olunan istiqamətlərdə səylərini birləşdirdiyi üçün QHT-lərə kifayət qədər maliyyə ayıra bilmədiyini vurğulayan Umud Mirzəyev Azərbaycan QHT-lərinin BMT-də kifayət qədər təmsil oluna bilməməsini də bu faktorla əlaqələndirib. Onun sözləri ilə desək, “QHT rəhbərlərinin Cenevrəyə bir səfəri onların 1 illik məvaciblərinə yaxın vəsait tələb edir”.

 BAMF-ın BMT ilə əməkdaşlığının tarixindən də  söz açan Mirzəyev qeyd etdi ki, BMT-nin keçmiş baş katibi V.J.Çanqın həmyerlisi Pan Ki Munun rəhbərliyi dövründə qurulan əlaqələrin güclənməsi Azərbaycan QHT-ləri ilə BMT münasibətləri  üçün mühüm mərhələ kimi yadda qalıb.  Vuk Ji Çanqın maraqla dinlədiyi çıxışlarda bir çox  yerli və regional mövzulara diqqət yetirildi.

“Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası”nın sədri Sahib Məmmədov Azərbaycan QHT-lərinin maliyyə çətinliklərini təsvir edərək, bu sahədə daha həssas yanaşmaların vacibliyini vurğuladı.

 

 

 

 

Ardınca, “İnformasiya Təşəbbüslərinə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə  Cənubi Qafqazda Azərbaycan QHT-lərinin maliyyələşmədə geri qalması məsələsini gündəmə gətirdi və BMT-nin bu bölgədəki fəaliyyətlərə daha geniş dəstək verməsini istədi.

 

“Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə isə çıxışında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində görülən mina təmizləmə və yenidənqurma işlərindən, həmçinin “Böyük Qayıdış” planının əhəmiyyətindən danışdı. Mövcud vəziyyətdə Azərbaycan Dövlətinin QHT-lərə,QHT-lərinsə maliyyələşməyə ehtiyacı olduğunu vurğulayan Rzazadə BMT-nin bu prosesə daha aktiv qoşulmağını xahiş edib.

Çıxışların sonunda Vuk Ji Çanq, bu mühüm görüş üçün BAMF-a  və şəxsən Umud Mirzəyevə təşəkkür etdi, Vətəni Cənubi Koreyanın da mina problemi olduğunu qeyd edərək fondun mina əleyhinə gördüyü işləri yüksək qiymətləndirdi. O, Azərbaycanın beynəlxalq QHT şəbəkəsində daha fəal bir mövqedə olmasının vacibliyini qeyd edərək, maliyyə dəstəyi problemlərinin həlli üçün qlobal güclərin səylərinin artırılmasının vacibliyinə toxundu. Bu ziyarətin sonunda çəkilən xatirə fotoşəkli isə görüşün unudulmaz xatirəsi kimi yadda qaldı.

 

``` Bu kod hər bir sırada iki şəkil olmaqla təqdim olunub, şəkillər arasında 2px boşluq saxlanılıb və tam genişlikdə göstərilir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı