Xəbərlər 25.11.2024 17:15 151

Bu gün Kəlbəcər şəhər günüdür!

"Biz qürurla bu günü qeyd edirik. Kəlbəcərin işğaldan azad olunması Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi dühasının qələbəsidir".

Bu fikirləri Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Kəlbəcər şəhər gününün qeyd edilməsi ilə bağlı QHT.az-a bildirib. O, qeyd edib ki, artıq digər işğaldan azad olunmuş ərazilərimiz kimi Kəlbəcərdə infrastruktur yenidən qurulur:

"Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu yenidən qurulur. Yolun uzunluğu 82 kilometrdir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Ümumilikdə Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisinin 67,5 faizi tamamlanıb.Eyni zamanda bölgənin enerji ehtiyatlarından səmərəli istifadə edilir. Belə ki, Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Xüsusilə onu da qeyd etməliyik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə 6-dəfə səfər edib. Bu səfərlər nəticəsində mühüm tədbirlər həyata keçirilib.

• Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11,6 km uzunluğunda tunelin təməlqoyma mərasimi;

• 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq;

• 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışı;

• Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimi;

• “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı;

• Kəlbəcər rayonunda hərbi hissənin açılışı;

• Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq;

• Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi;

• Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi;

• Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi;

• Kəlbəcərdə “Çıraq-1” Kiçik Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanışlıq;

• Kəlbəcərdə “İstisu” sanatoriyasının təməlqoyma mərasimi.

• Kəlbəcər rayonunun Yanşaq kəndinin təməlqoyma mərasimi;

• Kəlbəcər rayonunun Zallar kəndinin təməlqoyma mərasimi;

• Kəlbəcər rayonunda “Qamışlı” Kiçik Su Elektrik Stansiyasının açılışı;

• Kəlbəcər rayonunda “Meydan” Kiçik Su Elektrik Stansiyasının açılışı;

• Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda inşa edilmiş tunellər və Kəlbəcər-Laçın avtomobil yolunda görülən işlərlə tanışlıq;

• Kəlbəcərdə hərbi hospitalın açılışı;

• Kəlbəcər şəhərində ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimi;

• Kəlbəcər şəhərində məktəb binasının təməlqoyma mərasimi.

• Kəlbəcərdə “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışı;

• Kəlbəcər rayonunda “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanışlıq;

• Kəlbəcər rayonunda “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışı;

• Kəlbəcərdə Zar kəndinin təməlqoyma mərasimi.

• Kəlbəcərdə Tərtər çayı üzərində yerləşən “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı;

• Kəlbəcərdəki Xudavəng monastır kompleksinə baxış;

• Kəlbəcər rayonunun Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində inşa olunan 4-cü tuneldə və bu yolun 15,2 kilometrlik hissəsində görülən işlərlə tanışlıq;

• Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi;

• Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılacaq modul tipli məktəbin layihəsi ilə tanışlıq;

• Kəlbəcər şəhərində inzibati binanın təməlqoyma mərasimi;

• Kəlbəcər şəhərində 524 ailəlik yaşayış kompleksinin tikintisi ilə tanışlıq;

• Kəlbəcərdə “İstisu” mineral su zavodunun açılışı;

• Kəlbəcərdə “Zar” KSES-in açılışında iştirak edib və SCADA sistemi vasitəsilə Göygöl rayonunda “Toğanalı” KSES-in açılışı;

• Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışı;

• Kəlbəcər rayonunda “İstisu” Müalicə-İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanışlıq;

• Kəlbəcər rayonunun İstisu qəsəbəsinin təməlqoyma mərasimi".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı