Xəbərlər 28.11.2024 10:09 216

Çoxmərtəbəli yaşayış binaların liftində vətəndaşlar köməksiz vəziyyətdə qalıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində və Azadlıq prospektində, həmçinin Abşeron rayonu, Masazır qəsəbəsində çoxmərtəbəli yaşayış binalarının liftində vətəndaşların köməksiz vəziyyətdə qalması barədə məlumatlar daxil olub.

 

Məlumatlarla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub.

 

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyi ilə liftlərin qapısı açılaraq köməksiz vəziyyətdə qalan ümumilikdə 5 nəfər xilas edilib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı