Masallıda təhsil işçilərilə maarifləndirici görüş keçirilib
“Korrupsiyaya qarşı mübarizə, təhsilverənlərin etik davranış qaydaları”
Masallı rayonu üzrə təhsil sektorunun tabeliyində fəaliyyət göstərən ümumi təhsil, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrin rəhbərlərilə korrupsiyaya qarşı mübarizə və təhsilverənlərin etik davranış qaydaları üzrə maarifləndirici görüş keçirilib.
Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, Masallı rayonu prokurorunun köməkçisi Elvin Yunuslu korrupsiya ilə mübarizə metodları və müvafiq qanunvericiliklə bağlı ətraflı məlumat veriblər.
Tədbirdə korrupsiyanın cəmiyyətə mənfi təsirləri və qarşısının alınması üçün atılmalı olan zəruri addımlar, eləcə də təhsilverənlərin etik davranış qaydaları haqqında fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Akif AĞAYEV