QHT tərəfindən təcrübə proqramının yekununa həsr olunmuş görüş keçirilib - FOTOLAR
“Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən təcrübə proqramının yekununa həsr olunmuş görüş keçirilib.
QHT.az xəbər verir ki, görüşdə qeyd olunub ki, proqram müddətində könüllülər üçün layihələrin yazılması, könüllülərlə iş sahələri üzrə müxtəlif təlimlər həyata keçirilmiş, könüllülər müxtəlif şöbələrdə təcrübə proqramına cəlb edilmişdir. Bu müddət ərzində onlar sosial yönümlü layihə və tədbirlərin hazırlanması, təşkili və icrası prosesində yaxından iştirak edərək, həm təşkilati bacarıqlarını inkişaf etdirib, həm də komanda işinə və cəmiyyətə töhfə veriblər.
Görüşün sonunda könüllülərə proqramı müvəffəqiyyətlə tamamladıqlarına görə təşəkkürnamə və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən təcrübə proqramı gənclərin fərdi inkişafını, sosial bacarıqlarının formalaşmasını və ictimai proseslərdə fəal iştirakını təşviq edir.