Alimlər körpələrin çəkisi ilə ataları arasında gözlənilməz əlaqə aşkar ediblər
Braziliyada aparılan araşdırma atanın artıq çəkisi ilə yeni doğulan körpənin çəkisi arasında əlaqə olduğunu göstərib.
QHT.az xəbər verir ki, tədqiqat, atanın bədən kütləsi indeksinin yüksək olması ilə uşağın doğum çəkinin azalmasını əlaqələndirir. Bu tapıntılar, antropometrik problemlərin yalnız ananın məsuliyyəti olmadığını və atanın da sağlam həyat tərzi sürməsinin vacib olduğunu vurğulayır. Doğuş çəkinin uşağın gələcək sağlamlığında mühüm rol oynadığı və atanın sağlamlığının körpənin inkişafına əhəmiyyətli təsir göstərdiyi qeyd edilir.
Araşdırma, FMRP-USP tədqiqatçıları tərəfindən aparılıb və hamilə qadınlar arasında qidalanma ilə bağlı məsləhətlərin təsirini araşdırır.
Pərvanə Fərhadqızı