"Azərbaycan-Türkiyə əməkdaşlığı Türkiyənin enerji balansında böyük rol oynayır"- PROFESSOR
Azərbaycan Texniki Universitetinin İnnovativ İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, professor Elşad Məmmədov QHT.az- a verdiyi özəl açıqlamada Azərbaycanla Türkiyə arasında qaz ticarətinin əhəmiyyətini vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın Türkiyənin enerji balansındakı rolu çox böyükdür:
"Azərbaycanla əməkdaşlıq Türkiyə iqtisadiyyatındakı dərin problemlərin xeyli dərəcədə yumşalmasına şərait formalaşdırmış olur".
Qeyd edək ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr, Gürcüstana isə 2,2 milyard kubmetr qaz satılıb. Türkiyəyə TANAP-la bu müddətdə 5,1 milyard kubmetr qaz nəql olunub.
Pərvanə Fərhadqızı