Xəbərlər 13.01.2025 10:34 119

Sadiq Qurbanov: "Prezidentin yerli televiziyalara müsahibəsi siyasi, iqtisadi və diplomatik prioritetlərimizi müəyyən edir"

“Prezidentin yerli televiziyalara müsahibəsi proqram xarakterli olmaqla siyasi, iqtisadi və diplomatik prioritetlərimizi müəyyən edir”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yerli televiziyalara müsahibəsini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov deyib. O, bildirib ki, Prezidenti çıxışı proqram xarakterli olmaqla Azərbaycan dövlətinin gələcək siaysi,iqtisadi və diplomatik prioritetlərini müəyyən edən çox mühüm çıxışdır:

"Prezident müsahibəsində Yeni dünya düzənində Azərbaycanın yeri, Türk Dövlətləri Təşkilatı dünya miqyasında ciddi güc mərkəzinə çevrilməsi ilə bağlı fəaliyyətlər, Azərbaycanın D-8 təşkilatına qəbul edilməsi, Cop29, İsrail-Fələstin, İran-Azərbaycan, Azərbaycan- Amerika, Azərbaycan-Fransa münasibətləri, Suriya məsələsi, Təyyarə qəzası və.s kimi çox aktual və mühüm məsələlərə konseptual baxışını açıqladı. Xüsusi ilə Qərbi Azərbaycan məsələsinə dair cənab Prezidetin indiki Ermənistan ərazisi, demək olar ki, vaxtilə onun mütləq əksəriyyətini təşkil edən hissəsi azərbaycanlıların yaşadıqları tarixi torpaqlardır, bunu hətta bu yaxınlarda mətbuata çıxmış Ermənistanın birinci faşist prezidentinin çıxışında da özü deyir ki, üç rayonda azərbaycanlılar əksəriyyət təşkil edirdi. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır fikirləri bu istiqamətdə məsələnin nə qədər aktual olduğunu göstərir".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı