Xəbərlər 23.01.2025 13:16 125

Bu gün qəhrəman şəhidimiz Ağamid Ağacəfərlinin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Ağamid Şirzaid oğlu Ağacəfərli 1995-ci ildə yanvar ayının 23-də Lerik şəhərində anadan olub.

QHT.az xəbər verir ki, o, 2013-2015-ci illərdə müddətli həqiqi hərbi xidmətdə olub. 2020-ci ilin "Tovuz döyüşləri"ndən sonra könüllü olaraq ordu sıralarına qoşulmaq üçün hərbi komissarlığa müraciət edən Ağamid Ağacəfərli 44 günlük Vətən müharibəsi zamanı Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib və 26 oktyabr tarixində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Ağamid Ağacəfərli göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.

Ruhu şad olsun!


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı