“Evimə Yaxın İş” layihəsinin icrasına başlanıldı - İlqar Hüseynlidən AÇIQLAMA
Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli Azərbaycanda ilk dəfə olaraq vətəndaş cəmiyyəti adından təklif etdiyi layihənin həyata keçirilməyə başlandığını bildirib.
QHT.az xəbər verir ki, onun sözlərinə görə, “Evimə Yaxın İş” layihəsi çərçivəsində Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrində çalışan tibb və qeyri-tibb işçilərinə faktiki yaşayış ünvanlarına daha yaxın ərazilərdə iş yerlərinin dəyişdirilməsi imkanı yaradılıb. İlqar Hüseynli bu layihənin həmçinin Bakıda ciddi problemə çevrilmiş tıxacların azaldılmasına da müsbət təsir göstərəcəyini vurğulayıb. O, təhsil və özəl sektorun da bu modeldən faydalana biləcəyini qeyd edərək, layihənin uğurlu olacağına inandığını bildirib.
Layihənin ilk təşəbbüskarlarından biri olan Sosial-Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyi, TƏBİB-in bu təklifə dəstək verməsini yüksək qiymətləndirib.
Pərvanə Fərhaqızı