Xəbərlər 17.02.2025 10:11 124

Sadiq Qurbanov: “Çin Azərbaycanın strateji tərəfdaşıdır, bu münasibətlər inkişaf etməlidir”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Çinin CGTN telekanalına verdiyi müsahibəni şərh edən Milli Məclisin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Sadiq Qurbanov QHT.az-a açıqlamasında Çin və Azərbaycan arasındakı strateji tərəfdaşlığın inkişafı istiqamətindəki mövqeyini açıqlayıb.

Prezidenti İlham Əliyevin Davosda Çinin CGTN telekanalına müsahibəsini şərh edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitısinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında deyib. O, bildirib ki, Prezident İlham Əliyev sözügedən müsahibədə qeyd etdiyi kimi ötən il Çin və Azərbaycan rəsmi olaraq strateji tərəfdaş oldular. Ötən yay Çinin Sədri ilə görüşdən sonra strateji tərəfdaşlıq üzrə müvafiq Bəyannamə qəbul edildi və bu, ikitərəfli əlaqələrdə çox mühüm siyasi addımdır. Strateji tərəfdaşlıq çox yüksək səviyyəli qarşılıqlı etimad, əməkdaşlıq deməkdir və təkcə Ümumdünya Ticarət Təşkilatına deyil, müxtəlif beynəlxalq təşkilatlara qoşulma məsələsi daxil olmaqla Çin ilə tərəfdaşlığımızın genişləndirilməsini arzulayırıq. Azərbaycanın xarici siyasətinin əsas hədəflərini müəyyən edən Prezident İlham Əliyev Çinlə əməkdaşlığa önəm versməsi müasir dünyanın gerçəkliklərindən xəbər verir.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı