Vergi şəffaflığının artırılması: Deputatın tövsiyələri
Deputat Vüqar Bayramov Dövlət Vergi Xidməti tərəfindən 2024-cü ildə ən çox vergi ödəyən 100 şirkətin adlarının açıqlanmasını şəffaflığın artırılması baxımından müsbət qiymətləndirib.
QHT.az xəbər verir ki, o, siyahıların "qeyri-neft" və "qeyri-dövlət" qruplaşdırılması və Dövlət Sosial Müdafiə Fondu (DSMF) və Dövlət Gömrük Komitəsi (DGK) tərəfindən əlavə siyahıların hazırlanmasının məqsədəuyğun olduğunu vurğulayıb. Bu addımlar, şirkətlərin sosial təminat və vergiyə uyğunluq sahəsində şəffaflığı gücləndirərək vergidən yayınma hallarını azaldar.
Pərvanə Fərhadqızı