Xəbərlər 18.02.2025 16:03 466

Agentlik rəhbəri: 1,7 milyon manat həcmində qrant dəstəyi göstərilib

İndiyədək qrant dəstəyi mexanizmi çərçivəsində KOBİA sahibkarların 100-ə yaxın layihəsinə 1,7 milyon manat həcmində qrant dəstəyi göstərib.

QHT.az xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin  İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib. 
"KOB-ların maliyyə imkanlarının genişləndirilməsi məqsədilə onların təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi mexanizmi üzrə 2024-cü ildə təşkil olunmuş iki müsabiqə çərçivəsində sahibkarların 41 layihəsinə 714 min manat həcmində qrant vəsaiti ayrılıb. İndiyədək isə qrant dəstəyi mexanizmi çərçivəsində KOBİA sahibkarların 100-ə yaxın layihəsinə 1,7 milyon manat həcmində qrant dəstəyi göstərib."

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı