Meta ChatGPT tərtibatçılarını 100 milyon dollara ovlayıb
Meta OpenAI tərtibatçılarına hər biri üçün 100 milyon dollar təklif edərək onları şirkətindən uzaqlaşdırmağa çalışıb.
QHT.az xəbər verir ki, lakin, OpenAI baş direktoru Sem Altman bildirib ki, heç bir tərtibatçı bu təklifi qəbul etməyib. Altman, OpenAI-də yaradılan xüsusi mədəniyyətin və missiyanın işçiləri şirkətdə saxladığını vurğulayıb. O, Meta-nın süni intellekt sahəsində OpenAI ilə müqayisədə daha az innovativ olduğunu qeyd edib.
R.İmanov