Xəbərlər 24.02.2025 13:32 178

Deputat: "Azərbaycan-Pakistan strateji əməkdaşlığı genişlənir"

Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşü baş tutub. Pakistan Azərbaycanın haqq işinə daim dəstək verən ölkələrdəndir və iki ölkə arasındakı strateji müttəfiqlik dərinləşməkdədir.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan-Pakistan ticarət dövriyyəsi 22 milyon 048 min dollar olub, bu da 2021-ci illə müqayisədə ikiqat artım deməkdir. Turizm sahəsində də əməkdaşlıq genişlənir – Pakistandan Azərbaycana gələn turistlərin sayı 46,7% artaraq 81 min 427 olub".

"Pakistan işğaldan azad edilən ərazilərin bərpasında iştirak etməyə maraqlıdır və Qarabağa daha çox sərmayə yatırılması gözlənilir. Azərbaycan da Pakistana investisiyalar yönəltməyi hədəfləyir. Ümumilikdə, iki ölkə arasında iqtisadi əlaqələrin daha da genişlənməsi üçün yeni imkanlar yaranmaqdadır".


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı