Xəbərlər 11.03.2025 16:20 166

Vüqar Bayramov: "Sosial mənzillərə əlçatanlıq artırılır"

"Azərbaycan Prezidenti İlham Əliyev “Mənzil Məcəlləsi”nə dəyişiklikləri təsdiq edib. Yeni qaydalara əsasən, sosial kirayə müqavilələri əsasında müəyyən kateqoriyadan olan vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri veriləcək".

QHT.az xəbər verir ki, bu fikirləri deputat Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən şəhid ailələri, müharibə qaziləri, Çernobıl qəzasında əlilliyi olan şəxslər və valideynlərini itirmiş vətəndaşlar sosial mənzil fondundan yararlana bilirlər:

"Yeni dəyişikliklər isə yaşayış sahəsinə ehtiyacı olan ailələrin uçota alınmasını və sosial kirayə müqaviləsi əsasında mənzillə təmin edilməsini nəzərdə tutur. Bundan sonra vətəndaşlar yalnız bir dəfə bu hüquqdan istifadə edə biləcəklər".

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı