DİN rəhbərliyi və QHT Koalisiyası arasında görüş keçirildi - FOTOLAR
İnsan alveri ilə mübarizə üzrə Milli Fəaliyyət Planının 21 ili və bu sahədə qəbul olunmuş qanunun 20 illiyi münasibətilə görüş baş tutub. Görüş İnsan alverinə qarşı mübarizə üzrə QHT Koalisiyasının təşəbbüsü ilə keçirilib.
QHT.az xəbər verir ki, tədbirdə Daxili İşlər Nazirliyinin İnsan alverinə qarşı mübarizə Baş İdarəsinin rəisi, polis general-mayoru Həzi Aslanov, rəis müavini, polis polkovniki Samir Zeynalov və QHT-lərlə iş üzrə şöbənin rəhbəri Araz Babayev Koalisiyanın İdarə Heyəti və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə bir araya gəlib. Görüşdə ötən 20 il ərzində bu sahədə görülmüş işlər, vətəndaş cəmiyyəti ilə dayanıqlı əməkdaşlıq, aktual problemlərin həlli istiqamətləri və yeni strateji yanaşmalar səmimi və işgüzar mühitdə müzakirə olunub.
Qeyd edək ki, görüşün keçirilməsinə Azərbaycan Respublikasının daxili işlər nazirinin birinci müavini, insan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, polis general-leytenantı cənab Seyfulla Əzimov tərəfindən dəstək göstərilib.
Görüş iştirakçıları bu sahədə əməkdaşlığın davam etdirilməsinin və daha effektiv yanaşmaların vacibliyini vurğulayıblar.
Pərvanə Fərhadqızı