Xəbərlər 02.05.2025 13:22 74

Sadiq Qurbanov: “Çinlə Azərbaycanın münasibətləri ən-ənəyə söykənir”

Prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibəni şərh edərkən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov saytımıza açıqlamasında qeyd edib ki, iki ölkə arasındakı münasibətlərin inkişafında Ümummili Lider Heydər Əliyevin xüsusi yeri var:

Təsadüfi deyil ki, Prezident İlham Əliyev müsahibədə bu məsləyə toxunarkən aşağıdakı fikirləri ifadə edib: “Mərhum atam iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynamışdır. O, Prezident olanda ilk səfərlərindən birini Çinə etdi. O gündən bu münasibətlər quruldu. Onun irsi bizim hamımız üçün əzizdir. Biz onun yolunu davam etdiririk, o cümlədən xarici siyasət prioritetlərində. Bu prioritetlər sırasında Çin xüsusi yer tutur. Əlbəttə ki, ötən 20 ildə dünya dəyişib, Azərbaycan dəyişib. Lakin prioritetlər dəyişməyib. Odur düşünürəm ki, əgər atam səmadan baxaraq bizim harada olduğumuzu görə bilsəydi, o, Azərbaycana və Çin-Azərbaycan münasibətlərinə görə qürur duymuş olardı”.

Təməli Heydər Əliyev tərəfindən qoyulan xarici siyasət kursu Prezident siyasi varis İlham Əliyev tərəfindən uğurla davam edir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı