Xəbərlər 01.05.2025 19:28 143

İctimai xadim İlham İsmayılov 65 yaşında Fəxri Diplomla təltif olunub

Müvəkkil Hüquq Mərkəzinin sədri, hüquqşünas Səməd Vəkilov Türk Dünyası Əməkdaşlıq Mərkəzi İctimai Birliyinin sədri, tanınmış ictimai xadim İlham İsmayılovu Fəxri Diplomla təltif edib. Bu barədə MHM sədri Səməd Vəkilov QHT.az-a məlumat verib.

Səməd Vəkilov bildirib ki, İlham İsmayılov uzun illər vətəndaş cəmiyyəti təsisatı rəhbəri kimi hüquqi maarifləndirmə sahəsində, eləcə də Türk Dünyasının həmrəyliyi və bütövlüyü uğrunda göstərdiyi səmərəli ictimai fəaliyyətinə görə Müvəkkil Hüquq Mərkəzinin İdarə Heyətinin qərarı ilə bu təltifə layiq görülüb.

Qeyd edək ki, bu gün – 1 may tarixində İlham İsmayılovun 65 yaşı tamam olur. O, Azərbaycan və türk dünyasında vətəndaş cəmiyyəti quruculuğu istiqamətindəki fəaliyyəti ilə tanınır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı