Xəbərlər 03.05.2025 20:45 80

Aygün Əliyeva: Türk dünyasının birliyini qorumaq hər birimizin borcudur -VİDEO

Türk dünyasını birləşdirən təkcə ortaq tarix deyil, həm də ümumi mənəvi dəyərlərdir. Bizim üçün hər bir türk yurdu eyni taleyi bölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır.

QHT.az AZƏRTAC -a istinadən xəbər verir ki, bu fikirləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva "Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi" mövzusunda panel iclasda bildirib.

O qeyd edib ki, zaman-zaman türk xalqları bir-birindən ayrı salınmağa çalışılsa da, onlar tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarıblar: “Çünki biz həm qılıncı, həm qələmi, həm də könülü ilə tarix yazan millətik. Nə xoş ki, bu gün Türk dünyası artıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır. Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır. Biz hər birimiz bu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adət-ənənəmizi, birliyimizi və gücümüzü yaşatmalıyıq”.

Aygün Əliyeva Vətən müharibəsində əldə olunan şanlı Qələbənin təkcə Azərbaycanın deyil, bütün Türk dünyasının zəfəri olduğunu vurğulayıb.

“Bu müharibədən sonra regionda yeni reallıqlar formalaşıb. Türkiyənin bölgədə mövcudluğu və Azərbaycanın digər türk dövlətləri ilə sosial-iqtisadi sahələrdə əməkdaşlığı gücümüzə güc qatıb. Yaxın gələcəkdə reallaşacağına sonsuz inam bəslədiyimiz Zəngəzur dəhlizi isə böyük Türk dünyasının körpüsüdür. Biz Zəngəzur dəhlizini böyük Turan yolunun ayrılmaz tərkib hissəsi hesab edirik”, – deyə Aygün Əliyeva bildirib.

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı