Xəbərlər 15.05.2025 07:48 43

Azərbaycanlı mediatorlar türk qonaqlarla görüşüb

Azərbaycanlı mediatorlar ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Ədliyyə Nazirliyi nəzdində mediator, Ankara Yıldırım Beyazıt Universitetində Rəqabət Hüququ kafedrasında müəllim, vəkil, prof. Dr. Seldağ Güneş Peschke və Başkent Universiteti “İletişim” fakültəsinin dosenti, Dr. Lutz Peschke ilə görüşüb.

QHT.az xəbər verir ki, görüşdə Mediasiya Şurası İntizam Komissiyasının üzvü Venera Əsgərova, Bakı 6 saylı Mediasiya Təşkilatının rəhbəri Tural Şahbazov, Bakı 20 saylı Mediasiya Təşkilatının rəhbəri Nicat İsmayılov, mediatorlar Ülkər Zülfüqarova və Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Əli Fərzəliyev iştirak edib.

Görüş zamanı qonaqlarla mediasiya sahəsində təcrübə mübadiləsi barədə geniş müzakirələr edilib.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı