2026-cı il noyabrın 6-da Gəncədə “Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu” çərçivəsində “Azərbaycan QHT-ləri milli maraqların keşiyində” adlı panel müzakirəsi keçirilib.

Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyevin moderatorluğu ilə keçirilən müzakirədə Mirzə Ələkbər Sabir Fondunun sədri Sevda Tahirli  “Milli-tarixi irs gələcəyin bələdçisi kimi”, Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “Azərbaycan müstəmləkəçiliyə qarşı mübarizənin ön sıralarında”, “Mədəni və Etnik Müxtəliflik Mərkəzi” İctimai Birliyinin sədri Seyfəddin Hüseynli  “İdeoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər əhəmiyyəti”, “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və Təbliğinə Yardım” İctimai Birliyinin sədri Lalə Sərdarlı “Qərbi Azərbaycan irsinin beynəlxalq təqdimatı” adlı mövzular ətrafında müzakirələr aparıblar.

İştirakçıların suallarını cavablayıblar.