2026-cı il oktyabrın 30-da Bakı Konqres Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin operatorluğu ilə keçirilən qrant müsabiqələrinə dair infosessiya keçirilib.
İnfosessiyada Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin QHT-lərlə iş sektorunun müdiri Tural Əliyev, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, QHT Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva, Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyəti sədrinin müavini Faiq Ağayev, Səhiyyə Nazirliyinin İİV/QİÇS, vərəm və malyariya ilə mübarizə üzrə proqramının Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov və digər məsul şəxslər iştirak edib.
Toplantıda qrant müsabiqələrinə dair suallar cavablandırılıb, izahlar verilib.
İnfosessiyada 250-dən çox QHT-dən nümayəndələr iştirak edib.












