Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ötən Forumdan sonra 21 dövlət proqramı üzrə nəzərdə tutulan 113 tapşırığın icrasında 98,63 faiz nəticə əldə edib.

QHT.az azertag.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumunda çıxış edən Agentliyin İdarə Heyətinin sədri Aygün Əliyeva məlumat verib.

O bildirib ki, hesabat dövründə Agentlik QHT-lərlə birgə sektorun inkişafı, institusional potensialın gücləndirilməsi və beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində mühüm nəticələr əldə edib.