2026-cı il Zəfər Günü ərəfəsində qədim Gəncə şəhərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə IV QHT Əməkdaşlıq Forumu keçirilib.

İki gün davam edən forumda ölkənin müxtəlif bölgələrini təmsil edən 400-ə yaxın qeyri-hökumət təşkilatının nümayəndəsi iştirak edib.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi də bu mühüm platformada təmsil olunaraq vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və gələcək birgə təşəbbüslərin müzakirəsi baxımından əhəmiyyətli görüşlərdə iştirak edib.

Təşkilat rəhbəri Cəmilə Abdulovanın sözlərinə görə, “Forum QHT sektorunun qarşısında duran aktual məsələlərin müzakirəsi, təşkilatlar arasında əlaqələrin möhkəmləndirilməsi, yeni ideyaların formalaşdırılması və dövlət–vətəndaş cəmiyyəti əməkdaşlığının inkişafı baxımından mühüm əhəmiyyət daşıyıb.

Bu cür platformalar xüsusilə həssas qrupların, o cümlədən eşitmə və nitq məhdudiyyətli şəxslərin hüquqlarının müdafiəsi, cəmiyyətə inteqrasiyası, bərabər imkanların yaradılması və inklüziv təşəbbüslərin genişləndirilməsi istiqamətində yeni əməkdaşlıq imkanları açır.

Belə mötəbər tədbirlərin təşkilinə və QHT sektorunun inkişafına göstərilən davamlı dəstəyə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, rəhbərliyinə və bütün kollektivinə təşəkkürümüzü bildiririk.”

İnanırıq ki, Gəncədə keçirilən IV QHT Əməkdaşlıq Forumu yeni tərəfdaşlıqların yaranmasına, ortaq layihələrin həyata keçirilməsinə və ölkəmizdə güclü, fəal və inklüziv vətəndaş cəmiyyətinin formalaşmasına öz töhfəsini verəcək”.

Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım İctimai Birliyi sədri Cəmilə Çingiz Abdulova