Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri davam edir.
QHT.az xəbər verir ki, səfər çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Vəqflər Baş İdarəsi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.
Sənədi QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva Vəqflər Baş İdarəsi rəhbəri Sinan Aksu imzalayıb.












