Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə bir qrup vətəndaş cəmiyyəti nümayəndələrinin qardaş Türkiyəyə işgüzar səfəri davam edir.
 

QHT.az xəbər verir ki, Səfərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Prezident Administrasiyasının məsul əməkdaşı Əli Pənahov və QHT nümayəndələri iştirak edir.


Nümayəndə heyəti bu gün Türkiyənin Vəqflər Baş İdarəsini ziyarət ediblər.

 

Görüş zamanı vətəndaş cəmiyyəti sahəsindəki təcrübə və mümkün əməkdaşlıq haqqında fikir mübadiləsi aparılıb. 
Görüş çərçivəsində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Vəqflər Baş İdarəsi arasında Birgə Fəaliyyət və Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.


Sənədi QHT Agentliyinin icraçı direktoru Aygün Əliyeva Vəqflər Baş İdarəsi rəhbəri Sinan Aksu imzalayıb.