Qrantlar 17.02.2023 07:40 19359

2023-cü il kiçik qrant müsabiqəsi - ELAN

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  qrant müsabiqəsi elanı.  

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2023-cü il kiçik qrant müsabiqəsini elan edir.  

Müsabiqədə iştirak üçün ərizə və layihə təklifləri https://ngogrant.az/  proqramı vasitəsi ilə qəbul ediləcək. 

Nəzərinizə çatdırırıq ki, müsabiqə üzrə ərizələrin qəbulu 16 fevral 2023-cü il tarixdən 10 mart 2023-cü il saat 18.00-dək müddəti əhatə edir.

 

 01. Müsabiqə elanı - 2023-cü il kiçik qrant.doc

02. Ərizə forması.docx 

03. Layihə təklifi.docx 

04. Fəaliyyət planı.doc 

05. Xərclər smetası.xls

 

 

Azərbaycan Respublikasının

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin

 2023-cü il kiçik qrant müsabiqəsinin

 ELANI

 

            Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi (bundan sonra “Agentlik” adlanacaq) qeyri-hökumət təşkilatlarını 2023-cü il kiçik qrant müsabiqəsində iştirak etmək üçün dəvət edir.

 

Agentlik aşağıda qeyd olunan müsabiqə mövzularını təqdim edir:

  1. İnsan haqları, ictimai vəkillik,  demokratiya və hüquq məsələləri, insan alverinə qarşı mübarizə istiqaməti üzrə mövzular:

 

  • İşğaldan azad olunmuş ərazilərin minalanması və minadan zərərçəkənlər, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş və Böyük Qayıdış prosesinə ictimai dəstəyin göstərilməsi mövzularında yeni videoçarxların, sənədli filmlərin istehsalının təşviqi məqsədilə təşəbbüslərin dəstəklənməsi (xarici dillərdə);
  • İşğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlarla çirklənməsi ilə əlaqədar beynəlxalq birliyin və beynəlxalq təşkilatların məlumatlanlandırılması məqsədilə kampaniyaların təşkili, hesabatların hazırlanması, minadan zərərçəkənlərlə işin təşkili;
  • Ermənistanın törətdiyi müharibə cinayətləri, o cümlədən mülki infrastrukturun, yaşayış məntəqələrinin dağıdılması və mülki vətəndaşların qətlə yetirilməsi ilə bağlı faktların toplanması və bu barədə beynəlxalq təşkilatlar üçün beynəlxalq dillərdə hesabatların hazırlanması;
  • Birinci Qarabağ müharibəsi zamanı əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı materialların toplanması və beynəlxalq dillərdə müvafiq hesabatların hazırlanması və yayılması;
  • Şəhid ailələri və qazilərin hüquqlarının qorunması ilə bağlı məlumatlandırma tədbirlərinin təşkili;
  • BMT-nin ixtisaslaşmış qurumlarına hesabatların hazırlanması;
  • Bakı şəhəri və regionlarda əhaliyə ödənişsiz hüquqi yardımın göstərilməsi ilə bağlı təşəbbüslər;
  • İnsan alveri ilə mübarizə sahəsində maarifləndirmə və məlumatlandırma üzrə təşəbbüslər (zərərçəkmiş və zərər çəkməsi ehtimal olunan şəxslərlə iş, uşaq və qadın sığınacaqlarının potensialının artırılması)
  • Qeyri-hökumət təşkilatlarının media savadlılığının artırılması üzrə təşəbbüslər;
  • İnsan hüquq və azadlıqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi;
  • Qeyri-formal məşğulluğun qarşısının alınması istiqamətində təşəbbüslər;
  • Regionlarda sülh quruculuğu və birgə yaşayış sahəsində təşəbbüslərin dəstəklənməsi,
  • Cəzaçəkmə müəsissələrində psixoloji yardım xidmətlərin təşkili,
  • Məhkumların reabilitasiyası ilə bağlı təşəbbüslər;
  • Həssas qruplarla iş, intihar hallarının qarşısının alınması istiqamətində maarifləndirmə tədbirlərinin təşkili,
  • KİV-lərdə və sosial şəbəkələrdə “saxta xəbərlər”ə (fake news) qarşı mübarizə təşəbbüsləri,
  • Cinayətkarlığın profilaktikası üzrə təşəbbüslər, maarifləndirmə işinin aparılması;
  • Dini radikalizmə və ekstremizmə qarşı mübarizə tədbirləri;
  • Qeyri-hökumət təşkilatlalarının bilik və bacarıqlarının artırılması üzrə təşəbbüslər;

- Agentliyin “Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lərin mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Konsepsiya sənədi” əsas götürülməklə yerli QHT-lərin mövcud vəziyyətinin qiymətləndirilməsi.

     Bu mövzu üzrə layihə təklifləri QHT-lərin arasında onlayn sorğu keçirilməsi üzrə qeyd edilmiş Konsepsiya əsas götürülməklə sorğunun keçirilməsi metodologiyası,  sorğu  anketinin hazırlanması, daxil olmaqla digər tədqiqiat metodlarını (fokus qruplar, dərinləşdirilmiş müsahibələr, data analiz və s.) bu metodların necə tətbiq ediləcəyini əks etdirməlidir. Nəzərdə tutulur ki, onlayn sorğu keçirilməsi üçün Agentlik sərəncamında olan saytda xüsusi bölmə yaradacaq və QHT-lər bu bölmə vasitəsilə sorğu anketini dolduracaqlar. Müsabiqə qalibi olacaq QHT bu və digər tədqiqat metodlarının tətbiqi ilə əldə olunmuş məlumatların analizi əsasında mövcud ehtiyacları, trendləri, tövsiyyələri əks etdirən hesabat hazırlayacaq və donora təqdim edəcək.

      “Azərbaycanda fəaliyyət göstərən yerli QHT-lərin mövcud durumunun qiymətləndirilməsi və təkmilləşdirilməsi üzrə Konsepsiya sənədi”ni bu link vasitəsilə yükləyə bilərsiniz:

     

      https://docs.google.com/document/d/1c0VXiRCXLNpNp_SPBJ7fluGMBNCqSobP/edit?usp=share_link&ouid=105371841421769943733&rtpof=true&sd=true

 

  1. Ətraf mühitin və əhalinin sağlamlığının qorunması, narkomaniya ilə mübarizə istiqaməti üzrə mövzular:
  • Ətraf mühitin qorunması üzrə təşəbbüslər;
  • İşğaldan azad olunan ərazilərin flora və faunasına, su ehityatların (hidrosferinə) dəyən ekoloji zərərin (ekosid) xəritəsinin müəyyən olunması və bu ərazilərdə ətraf mühitin bərpa olunması istiqamətində təşəbbüslər;
  • Yaşıllıq zonalarının və meşələrin məhv edilməsi, ölkənin yaşıl örtüyünə ziyan vurulması və bu kimi hallardan qorunması məsələlərinə diqqətin artırılmasıilə bağlı təşəbbüslər;
  • “Təmiz şəhər” və “Təmiz kənd” konsepsiyasının təbliği;
  • Oxçuçayın Ermənistan tərəfindən çirkləndiirlməsi ilə bağlı xarici ölkələrin (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) ictimaiyyətinin və beynəlxalq təşkilatların məlumatlandırılması məqsədilə  kampaniyanın, tədbirlərin təşkili;
  • Ermənilərin Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji təcüvüzlə əlaqədar bağlı xarici ölkələrin (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) ictimaiyyətinin və beynəlxalq təşkilatların məlumatlandırılması məqsədilə  kampaniyanın, tədbirlərin təşkili;
  • Urmiya gölününü quruması və onun fəsadlarının öyrənilməsi və aradan qaldırılması istiqamətində təşəbbüslər
  • Mənzil Kommunal İstismar Sahələrinin məişət tullantılarının təmizlənməsi ilə bağlı fəaliyyətinin monitorinqi və bu sahənin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması və təşəbbüslərin həyata keçirilməsi;
  • İctimai yerlərdə tullantı qutularının monitorinqi, nəticələrin təhlili və tövsiyələrin hazırlanması, bu sahədə maarifləndirici  tədbilərin keçirilməsi;
  • İnfeksion xəstəliklərin yoluxma yolları və profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi  (COVID-19 və ştamları, vərəm, hepatit, İİV/QİÇS və cinsi yolla keçən infeksiyalar);
  • Neft buruqları ətrafında yaşayışın insan sağlamlığına zərəri və onun profilaktikası üzrə təşəbbüslər;
  • Palçıq vulkanlarına yaxın ərazilərdə yaşayan əhalinin potensial təhlükələr barədə maarifləndirilməsi;
  • Seysmik risklərin azaldılması və təhlükəli ərazilərdə yerli əhalinin zəlzələyə davamlı potensiallarının artırılması istiqamətində fəaliyyətlər;  
  • Qeyri-infeksion xəstəliklər və onların profilaktikası mövzusunda əhalinin maarifləndirilməsi  (şəkərli diabet, ürək-damar xəstəlikləri, xərçəng xəstəlikləri, kistik fibroz, xroniki respirator xəstəliklər talassemiya, hemofiliya və s.);
  • Yol hərəkətinin təhlükəsizliyi sahəsində maarifləndirmə işinin təşkili (Velosipedçilərin, həmçinin motosiklet və mopedlərin sürücülərinin yol hərəkəti qaydaları və təhlükəsizlik vasitələrindən istifadə barədə maarifləndirilməsi, əhalinin ictimai nəqliyyata etimadının yüksəldilməsi, şəxsi avtomobillərdən istifadənin azaldılması istiqamətində təşviqat işinin təşkili);
  • Sahibsiz küçə heyvanlarının sayının tənzimlənməsi (sterilizasiyası),  infeksiyaların yayılmasının qarşısının alınması (peyvəndlənmə), yaşayış və qidalanma şəraitinin yaxşılaşdırılması ilə bağlı fəaliyyətlərin təşkili və onlara humanist və məsuliyyətli yanaşmanın təşviq edilməsi məqsədilə maarifləndirmə və məlumatlandırma tədbirlərinin keçirilməsi.
  • Sağlam həyat tərzinin təbliği, eləcə də narkomaniya və tütündən istifadəyə qarşı mübarizə ilə bağlı maarifləndirmə kampaniyalarının keçirilməsi;
  • Autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüslər;
  • İdmanın kütləviləşdirilməsi və sağlam həyatın təbliği kontekstində xalq oyunlarının təşviqi üzrə təşəbbüslər;
  • İcbari tibbi sığorta haqqında əhalinin maarifləndirilməsi;
  • Ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının təşviqi sahəsində tədbirlərin təşkili;
  • Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi;
  • İqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə tədbirlərin təşkili,
  • Ölkəmizin turizm potensialının təbliği ilə bağlı tədbirlərin təşkili (Ekoturizm, aqroturizm, kənd turizmi və s.).

 

  1.  Elm, təhsil və mədəniyyət və Azərbaycançılıq ideyasının təbliği məsələləri:
  • Gənc alim və tədqiqatçıların fəaliyyətlərinin stimullaşdırılmasına dəstək təşəbbüsləri;
  • Açıq təhsil və elmi resursların tətbiqi təşəbbüsləri;
  • Beynəlxalq elm və təhsil platformalarının, elmi data bazaların təbliğı təşəbbüsləri;
  • Valideyn-məktəb münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı dəstəkverici təşəbbüslər;
  • Təhsilin inkişafı istiqamətində innovativ tədqiqat təşəbbüsləri;
  • Təhsilin problemlərinə həsr olunmuş tədqiqat layihələrinin dəstəklənməsi;
  • Uşaqların (xüsusilə qızların) təhsildən yayınması hallarının aradan qaldırılması istiqamətində təşəbbüslər;
  • Yeniyetmə və gənclərdə təməl bacarıqların formalaşdırılması təşəbbüsləri;
  • Regionlarda qadın və qızların iqtisadi asılılığının aradan qaldırılması üçün peşə təhsili və sahibkarlığa cəlb olunmasını dəstəkləyən təşəbbüslər;
  • Peşə təhsilinin əhali arasında populyarlaşdırılması və təbliği istiqamətində təşəbbüslər;
  • Milli-mənəvi dəyərlərin qorunması və təbliği istiqamətində təşəbbüslər;
  • Regionlarda mədəniyyət və incəsənət sahəsinin inkişafı istiqamətində tədbirlərin təşkili;
  • Azərbaycan mədəniyyətinin təbliğində informasiya texnologiyalarının tətbiqi üzrə təşəbbüslər;
  • Azərbaycan mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi təşəbbüsləri;
  • Vətən müharibəsi iştirakçılarının bilik və bacarıqlarının artırılması üçün təşəbbüslərin dəstəklənməsi;
  • Elektron kitabxana resursları, nəşrlərin rəqəmsallaşdırılması, gənclər və uşaqlar arasında oxu mədəniyyətinin  təbliği istiqamətində təşəbbüslərin dəstəklənməsi;
  • Regionlarda mədəni həyatın zənginləşməsinə dair təşəbbüslərin dəstəklənməsi;
  • Azərbaycan mədəniyyətinin təbliği istiqamətində rəqəmsal alətlərdən istifadəyə dair təşəbbüslərin dəstəklənməsi;
  • Maddi-mədəni irsimizin qorunması istiqamətində təşəbbüslər;
  • Azərbaycan mədəniyyəti və incəsənətinin təbliği istiqamətində müsabiqələrin və festivalların keçirilməsi;
  • Vətən müharibəsindəki qələbəmizi tərənnüm edən mədəni- kütləvi tədbirlərin keçirilməsi, qələbənin yeniyetmə və gənclər arasında təbliği;
  • Azərbaycançılıq ideologiyasının təbliği ilə bağlı tədbirlərin təşkili;
  • Azərbaycan dilinin saflığının qorunması istiqamətində təşəbbüslər;
  • Çağırışaqədər yaş həddində olan vətəndaşların və çağırışçıların iştirakı ilə idman yarışlarının, hərbi düşərgələrin təşkili;
  • Zəfər tarixi və onun yaratdığı yeni reallıqlar ilə bağlı tədbirlərin təşkil olunması;
  • Yeniyetmə və gənclər arasında Vətən müharibəsi qələbəsinin təbliği.

 

  1. Sosial (o cümlədən şəhid ailələri, müharibə veteranları, əlilliyi olan və digər həssas qruplara aid şəxslərin sosial problemləri)  və  iqtisadi məsələlər:
  • Əhalinin sosial problemlərinin həlli istiqamətində təşəbbüslər;
  • Sosial sahibkarlıq sahəsində görülən işlərin monitorinqi, təhlili və bu sahədə təbliğat üzrə təşəbbüslər;
  • Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə sosial dəstəyin göstərilməsi istiqamətində hüquqi maarifləndirmə tədbirləri
  • Müharibədən  zərərçəkmiş vətəndaşların psioxoloji reabilitasiyasına dair təşəbbüslər;
  • İşğaldan azad olunan ərazilərə qayıdış prosesinə ictimai dəstəyin artırılmasına dair təşəbbüslərin dəstəklənməsi;
  • Azərbaycan Silahlı  Qüvvələrinə ictimai dəstəyin artırılmasına dair təşəbbüslər;
  • “Şərqi Zəngəzur” və “Qarabağ” iqtisadi zonalarının sosial-iqtisadi inkişaf perspektivlərinə dair tədqiqatların aparılması, ictimai müzakirələrin keçirilməsi; 
  • Davamlı iqtisadi rifah üçün  “yaşıl iqtisadiyyat” ideyasının təbliği, maarifləndirici tədbirlərin keçirilməsi;
  • Kiçik və orta sahibkarlıq, özünüməşğulluq fəaliyyətlərinin təşviqinə dair təşəbbüslər;
  • Azərbaycanda yaşayan əcnəbilərin və qaçqın statusu verilmiş şəxslərin cəmiyyətə

inteqrasiyasına dəstək məqsədilə tədbirlərin təşkili;

  • “Kənd təsərrüfatının Azərbaycanın iqtisadiyyatında önəmi, əhalinin məşğulluğunun və ərzaq təhlükəsizliyinin təmin edilməsində rolu” mövzusunda tədbirlərin təşkili
  • Korporativ sosial məsuliyyət sahəsində maarifləndirmə işinin aparılması istiqamətində tədbirlərin təşkili;
  • Azərbaycanda dövlət, özəl və qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın mövcud vəziyyətinin təhlili və bu sahədə  təkmilləşdirilmə aparılması məqəsdilə tövsiyələrin hazırlanması.

 

  1. Ailə, qadın, uşaq və gender məsələləri:
  • Ailə dəyərlərinin təbliği, valideyn məsuliyyətinin artırılması;
  • Qadın hüquqları ilə bağlı maarifləndirmə;
  • Müharibədən əziyyət çəkən qadınlara və uşaqlara sosial-psixoloji dəstəyin göstərilməsi;
  • Erkən nikahların qarşısının alınması istiqamətində görülən işlərin monitorinqi, təhlili, fəaliyyətlərin gücləndirilməsi və təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;
  • Erkən və qohumlar arasında nikahların qarşısının alınması istiqamətində təşəbbüslər;
  • Məişət zorakılığı ilə mübarizə sahəsində görülən işlərin monitorinqi, ictimai müzakirələrin təşkili və məişət zorakılığı ilə mübarizənin təkmilləşdirilməsi üzrə tövsiyələrin hazırlanması;
  • Gender bərabərliyinin qorunması istiqamətində təşəbbüslər;
  • Zorakılıq ilə mübarizə istiqamətində təşəbbüslər;
  • Beynəlxalq gender platformalarda təmsilçiliyin artırılması;
  • Uşaq hüquqlarının müdafiəsi istiqamətində vəziyyətin analizi, uşaq hüquqlarının müdafiə mexanizmlərinin təkmilləşdirilməsi sahəsində innovativ ideyaların dəstəklənməsi;
  • Həssas qruplardan olan qadın və qızların özünüməşğulluq proqramına cəlb olunmasına yardım göstərilməsi təşəbbüsləri;
  • Qızların təhsildən yayındırılması hallarınına qarşı mübarizə, qızların ali və peşə təhsilə marağının artırlması üzrə təşəbbüslər;
  • “Gender bərabərliyi üzrə 2019–2024 cü illər üçün Milli Fəaliyyət Planı”nın həyata keçirilməsi ilə bağlı təşəbbüslər;
  • Sülh və təhlükəsizlik məsələlərində qadınların iştirakının artırılması;
  • Qadınların müxtəlif formada “qısnama halları”na qarşı mübarizə ilə bağlı tədbirlərin təşkili;
  • Məişət zorakılığı törətmiş şəxslərlə iş aparılması istiqamətində tədbirlərin təşkili;
  • Uşaqların və qadınların informasiya texnologiyaları sahəsində biliklərinin artırılmasına yönəlmiş təşəbbüslər,
  • Yeniyetmələrin intellektual inkişafını stimullaşdıran və təşviq edən tədbirlərin təşkili

 

 

  1. Azərbaycanın milli maraqlarının xarici ölkələrdə, beynəlxalq platformalarda müdafiəsi və təşviqi:  
  • 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın törətdiyi müharibə və insanlıq əleyhinə cinayətlər barədə xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyətlərin təşkili;
  • “Azərbaycanın regional  və qlobal təhlükəsizliyin təmin olunmasında rolu” mövzusunda elmi-tədqiqat yazılarının hazırlanması və xarici  nəşrlərdə/media resurslarında yayımının təşkili;
  • Azərbaycanın post-münaqişə dövrü ilə bağlı üzləşdiyi problemlər və çağırışlar  haqqında xarici ölkələrin və beynəlxalq ictimaiyyətin məlumatlandırılması;
  • Azərbaycanın milli maraqlarının qorunması, ölkəmizə qarşı olan  qərəzli və ikili yanaşmaların qarşısının alınması istiqamətində təşəbbüslər;
  • Ermənistanın ərazisində Azərbaycan xalqına məxsus maddi-mədəni irsin qorunması ilə bağlı beynəlxalq  platformalarda təşəbbüslər;
  • Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi ilə bağlı xarici ölkələrin (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) ictimaiyyətinin və beynəlxalq təşkilatların məlumatlandırılması məqsədilə  kampaniyanın, tədbirlərin təşkili;
  • Ermənilərin Sərsəng su anbarı vasitəsilə həyata keçirdikləri ekoloji təcüvüzlə əlaqədar xarici ölkələrin (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) ictimaiyyətinin və beynəlxalq təşkilatların məlumatlandırılması məqsədilə  kampaniyanın, tədbirlərin təşkili;
  • Özəl sektorun və QHT-lərin Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılmasında oynadığı rolun təhlili və bu sahənin təkmilləşdirilməsi haqqında  tövsiyələrin hazırlanması;
  • Azərbaycan Respublikasının sərhədlərindən kənarda yaşayan azərbaycanlıların əsas insan və hüquq azadlıqlarının, milli kimliyinin, mədəniyyətinin, adət və ənənələrinin ana dilinin qorunması istiqamətində təşəbbüslər;
  • Cənubi Azərbaycanda yaşayan azərbaycanlıların mədəniyyət, incəsənət, elm və təhsil xadimlərinin Azərbaycanda tədbirlərinin təşkili təşəbbüsləri
  • Xocalı soyqırımının tanıdılması istiqamətində xarici ölkələrdə tədbirlərin təşkili
  • I Qarabağ müharibəsi və 2020-ci il Vətən müharibəsi zamanı itkin düşmüş şəxslərin taleyi ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərin ünvanlanması, beynəlxalq tədbirlərin təşkili,
  • Şuşa şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüslərin dəstəklənməsi,
  • Azərbaycanın multikultural, tolerant dəyərlərinin beynəlxalq təşkilatlarda, müxtəlif ölkələrdə təbliği,
  • Beynəlxalq təşkilatlara alternativ hesabatların hazırlanması,
  • Beynəlxalq təşkilatlarda təmsilçilik istiqamətində fəaliyyətlərin dəstəklənməsi,
  • Qeyri-maddi mədəni irsimizin beynəlxalq arenada təbliği istiqamətində tədbirlər
  • Qafqaz Albaniyası, xristian abidələri ilə bağlı tədqiqatların aparılması, bu mövzuda beynəlxalq tədbirlərin təşkili,
  • Başlıbel faciəsinin 30-cu ildönümü bağlı ölkə xaricində (Avropa ölkələri, Amerika Birləşmiş Ştatları, Kanada, Çin, Yaponiya) tədbirlərin təşkili;
  • Tarixi Azərbaycan torpaqlarında toponimlərin araşdırılması və müxtəlif dillərdə dünya ictimaiyyətinə yayılmasının təşkili

 

  1. Açıq hökumətin və ictimai nəzarətin təşviqi, korrupsiyaya qarşı mübarizə məsələləri:

 

  • Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planın icrasına dəstək verilməsi;
  • “Açıq hökumət” təşəbbüslərinə dəstək verilməsi;
  • Özəl sektorda, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin fəaliyyətində şəffaflıq və hesabatlılığın, informasiya açıqlığının qiymətləndirilməsi və artırılması üzrə təşəbbüslər;
  • Dövlət orqanlarının fəaliyyətində şəffaflıq və hesabatlılığın, informasiya açıqlığının  qiymətləndirilməsi və artırılması  üzrə təşəbbüslər;
  • İctimai iştirakçılıq və ictimai nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə dair təşəbbüslər;
  • Antikorrupsiya mədəniyyətinin formalaşması ilə bağlı təşəbbüslər;
  • Korrupsiyaya qarşı mübarizə sahəsində vətəndaş cəmiyyətinin potensialının gücləndirilməsi üzrə təşəbbüslər;
  • Korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları ilə dövlət orqanları (qurumları) arasında əməkdaşlığın daha da gücləndirilməsi və birgə layihələrin həyata keçirilməsi;
  • Korrupsiyaya qarşı mübarizə sahəsində tədqiqatlar və monitorinqlərin aparılması, nəticələrin təhlili və bu sahədə səmərəliliyin artırılmasına dair tövsiyələrin verilməsi üzrə təşəbbüslər;
  • İctimai nəzarət və ictimai iştirakçılıq sahəsində qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiqi üzrə təşəbbüslər;
  • İctimai iştirakçılıq haqqında qanunvericilik və onun tətbiqi ilə bağlı məlumatlandırma və maarifləndirmə təşəbbüsləri

 

Layihələrin müddəti

  • Layihələrin müddəti 6 aydan çox nəzərdə tutulmamalıdır (layihələr 15 noyabr 2023-cü il tarixinə kimi yekunlaşmalıdır).

 

Qrantın məbləği

  • Bir layihə üçün ayrılması nəzərdə tutulan maksimal məbləğ 15 000 (on beş min) manatdır.

 

QHT üçün tələblər

  • Dövlət qeydiyyatı və bank hesabı olmalıdır;
  • Qanunvericiliyə uyğun olaraq Hüquqi Şəxslərin Dövlət Reyestrinə aid məlumatları (Dövlət Reyestrindən çıxarış) təqdim etməlidir;
  • Təqdim etdiyi mövzu üzrə təcrübəsi olmalıdır.
  • Müsabiqədə iştirak edəcək QHT-lərin Agentlik qarşısında debitor borcu (öhdəliyi) 01 may 2023-cü ilədək yekunlaşmalıdır;
  • Agentliyin elan etdiyi əvvəlki qrant müsabiqələrində müqavilə öhdəliklərinə məsuliyyətlə əməl olunmalı, şəffaflıq təmin edilməli, təsviri və maliyyə hesabatları təlimatlara uyğun təqdim olunmalıdır.     

 

 

Layihələrin qiymətləndirilmə meyarları

Təqdim olunmuş layihə təkliflərini qiymətləndirmək üçün Agentlik aşağıdakı meyarlardan istifadə edəcək:

  • layihə mövzusunun QHT-nin nizamnamə məqsədlərinə uyğunluğu;
  • layihənin mövzusunun aktuallığı;
  • layihənin ideyasının əsaslandırılması və innovativliyi;
  • layihənin məqsəd və vəzifələrinin aydın təsviri;
  • layihənin dayanıqlı olaraq inkişaf etdirilməsi imkanları və davamlılığı;
  • layihənin smeta xərcinin layihənin həyata keçirilməsi üçün tələb olunan vəsaitə və icra olunacaq fəaliyyətə uyğun olaraq hazırlanması,
  • maliyyə bölgüsünün məntiqli və inandırıcı olması;
  • QHT-nin və layihə heyətinin  layihə mövzusunda uyğun təcrübəsi;
  • layihə üzrə risklərin təhlili və azaldılması;
  • layihə üzrə benefisiarların düzgün müəyyən edilməsi;
  • layihə nəticələrinin aydın təsviri, ölçüləbillən olması,  onların layihənin məqsədinə uyğunluğu;
  • layihənin icrası zamanı müvafiq tərəfdaşlarla əməkdaşlıq;

 

Ərizələrin təqdim olunması üçün texniki tələblər

  • QHT-lər Agentliyin https://ngogrant.az/ proqramı vasitəsilə QHT və layihə haqqında məlumatları təqdim edir;
  • Şəxsən, poçtla və ya e-poçt ünvanlarına təqdim olunan ərizələr qəbul olunmur.  

 

Müsabiqədə iştirak etmək üçün təqdim olunan məlumatlar

  • Ərizə forması (elektron forma elana əlavə olunur),
  • Layihə təklifi (elektron forma elana əlavə olunur),
  • Fəaliyyət planı (elektron forma elana əlavə olunur),
  • Xərclər smetası (elektron forma elana əlavə olunur),
  • Dövlət qeydiyyatı haqqında şəhadətnamə,
  • Reyestrdən çıxarış,
  • Nizamnamə (təsdiq edilmiş sənədin bütün səhifələri),
  • VÖEN (sənədin hər iki üzü),
  • Bank rekvizitləri,
  • QHT rəhbərinin şəxsiyyət vəsiqəsinin surəti (sənədin hər iki üzü),
  • QHT rəhbərinin CV-si,
  • Layihə rəhbərinin CV-si,
  • Layihə mühasibinin CV-si.

 

Ərizələrin qeydə alınmasından imtina üçün əsas  səbəblər

  • Tələb olunan sənədlər tam təqdim edilmədikdə;
  • Təqdim olunan sənədlərdə səlahiyyət müddəti bitdikdə;

 

QEYD:

  • Müsabiqəyə təqdim olunan sənədlərdə dəyişiklik və düzəliş edilə bilməz.

 

 Müsabiqənin prosedur qaydaları

Müsabiqə üzrə ərizələrin qəbulu 16 fevral 2023-cü il tarixdən – 10 mart 2023-cü il saat 18:00 tarixinədək elektron qaydada həyata keçirilir.

 

Əlavə məlumatlar

Müsabiqə ilə əlaqədar məlumatlandırma sessiyası 22 fevral 2023-cü il saat 15:00-da ZOOM platformasında keçiriləcək.

Sessiyada iştirak etmək istəyən QHT nümayəndələri üçün ZOOM link:

 

https://us02web.zoom.us/j/84371208330?pwd=Vjl2WlZLMFVVM2Jxbk82TFAzTU44Zz09   

 

Müsabiqə ilə bağlı əlavə məlumat almaq üçün Agentliyin Layihələrin idarəedilməsi departamentinin əməkdaşları Xatirə Bəşirova və Rövşən Həmidova müraciət etmək olar: 

[email protected] ,  [email protected]

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı