Xəbərlər 20.06.2025 17:46 75

Tərəqqi Sosial İnkişaf İctimai Birliyinin təsis olunduğu gündür

Bu gün "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin təsis olunduğu gündür.

QHT.az xəbər verir ki, "Tərəqqi" Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov bildirib ki, təşkilat Milli qeyri-hökumət təşkilatıdır. Onun sözlərinə görə, Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin bazası əsasında yaradılmışdır: 

"20 iyun 1998- ci ildə təsis olunmuş və 1999-cu ilin 27 aprel tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində Qaçqın və Məcburi Köçkünlərə Yardım Cəmiyyəti  adı ilə Dövlət qeydiyyatına alınmışdır. (Qeydiyyat №-si 1114) Qaçqın və  Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin  05/09/ 2006-cı il tarixində 16-cı konfransı keçirilmişdir. Konfransın qərarı ilə cəmiyyətin adının dəyişdirilərək “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi adı verilməsi barədə qərar qəbul edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə müraciət olunmuş və 10.01.2007–ci il tarixində Qaçqın və  Məcburi Köçkünlərə Yardım Cəmiyyətinin  adı dəyişdirilərək “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi adı ilə yenidən  qeydiyyata alınmışdır".

Qeyd edək ki, “Tərəqqi” Sosial İnkişaf İctimai Birliyi respublika ərazisində məskunlaşan qaçqın, məcburi köçkün və aztəminatlı təbəqədən olan insanların sosial və humanitar sahədə problemlərinin həlli ilə məşğul olur.

Təşkilatın Ağdam rayonunda Regional ofisi və digər rayonlarda nümayəndəlikləri fəaliyyət göstərir.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı