Xəbərlər 11.06.2025 17:47 124

“Türküstan” 19 yaşını qeyd edir - Baş redaktor əsas prioritetləri açıqladı

Bu gün "Türküstan" qəzetinin 19 yaşı tamam olur. Baş redaktor Aqil Camal bildirib ki, “Türküstan” Media Qrupu 11 iyun 2006-cı ildə fəaliyyətə başlayıb.

“19 ildir həftədə bir dəfə nəşr olunan “Türküstan” qəzetinin və “Turkustan.az” saytının xəbər siyasətinin əsas prioritetləri dünya azərbaycanlılarının həmrəyliyi, Güney Azərbaycanda yaşayan soydaşların milli, mədəni haqlarının müdafiəsi, Türk ölkələri və toplumları arasında inteqrasiya prosesinə media dəstəyi verməkdir”, - baş redaktor qeyd edib.

A.Camalın sözlərinə görə, 19 illik dövrdə məqsədyönlü və səmərəli fəaliyyətinə görə “Türküstan” çoxsaylı yerli və xarici qurumların təltiflərilə mükafatlandırlılb.

B.“O cümlədən, 2012-ci ildə Türkiyədə TÜRKSOY-un “Türk dünyasına xidmət” media mükafatına, 2017-ci ilə Qazaxıstanda Beynəlxalq Türk Akademiyasının “Türk dünyasına xidmət” Media mükafatına layiq görülüb”, - baş redaktor əlavə edib.

Həmkarlarımızı əlamətdar gün münasibəti ilə təbrik edir, yeni yaradıcılıq uğurları arzulayırıq.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı