QHT “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminarını keçirib - FOTOLAR
“Şirvan Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “İctimai nəzarət mexanizmlərinin monitorinqı” adlı layihə çərçivəsində növbəti seminar Şirvan şəhər Bayramlı qəsəbəsində təşkil edilmişdir.
QHT.az xəbər verir ki, seminarda qəsəbə sakinləri iştirak etmişlər. Seminarı ekspert Əli Mirzəyev aparmışdır. Tədbirdə iştirakçıların diqqətinə təqdimat çatdırılmışdır. Təqdimatda “ictimai nəzarət” anlayışı, ictimai nəzarətin qanunvericilik bazası, Azərbaycan Respublikası Prezidentinin ictimai nəzarətin vacibliyi barədə söylədiyi fikirlər, Qeyri Hökumət Təşkilatlarının, Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin bu sahədə rolu və s. barədə məlumatlar verildi.
Müzakirələrdə Ülviyyə Şahbazova, Vasif Ağayev, Sevda İsgəndərova və başqaları ictimai nəzarətin cəmiyyətin inkişafında müsbət rolu barədə fikirlərlə tamamilə razı olduqlarını bildirdilər, lakin müraciətlərinə Dövlət orqanların daha diqqətlə yanaşmalarını arzu etdiklərini bildirdilər.
Çay fasiləsi zamanı müzakirələr davam etdirildi.