Xəbərlər 13.03.2023 21:09 4007

Qalmaqallı QHT qanunu ilə bağlı YENİ XƏBƏR

Bosniya və Herseqovinanın bir hissəsi olan Serb Respublikası “xarici agentlər haqqında” qanun üzərində işləyir.

 

QHT.az Modern.az-a istinadən  xəbər verir ki, bu barədə Serb Respublikasının prezidenti Milorad Dodik məlumat verib.

 

Yeni qanuna əsasən, xaricdən maliyyə alan yerli qeyri-hökumət təşkilatları (QHT) xarici agent elan ediləcək, onlar bütün əməliyyatlar və gördükləri işləri bəyan etməli olacaqlar.

 

Dodik qeyd edib ki, yeni qanun ABŞ-ın QHT-lər haqqında qanunu ilə eyni olacaq. Onun sözlərinə görə, ABŞ qanunvericiliyi bütün xarici QHT və əcnəbilər tərəfindən maliyyələşdirilən təşkilatları “xarici agent” hesab edir: “Bizim qanunumuz da eyni olacaq, sadəcə ABŞ-ın əvəzinə Serb Respublikası olacaq”.

 

Müxalifət qanunun Rusiya və Gürcüstan modelləri əsasında hazırlandığını düşünür. Rəsmi məlumata görə, Serb Respublikasında 7,5 mindən çox, bütövlükdə Bosniyada isə 25,6 min QHT qeydiyyatdan keçib.

 

Qeyd edək ki, Gürcüstanda “xarici agentlər haqqında” qanun genişmiqyaslı etirazlardan sonra geri götürülüb


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı