Xəbərlər 15.03.2023 14:22 1566

Ramazan ayının təqvimi açıqlanıb

Ramazan ayının təqvimi açıqlanıb.

 

QHT. az Axar.az -a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin hazırladığı Ramazan ayının xüsusi təqvimi Bakı və Abşeron şəri vaxt ölçüsünə uyğun tərtib edilib.

 

Digər bölgələr Ramazan ayının təqvimini ənənəvi namaz vaxtları ilə tənzimləyə bilərlər.

 

Ramazan ayı martın 23-də başlayacaq. Təqvimə görə, aprelin 21, 22-si Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

 

Qədr (Əhya) gecələrinə gəlincə, bu, aprelin 9-u, 11-i, 13-ü və 17-nə təsadüf edəcək.

 

Təqvimdə Ramazan ayının gündəlik duaları da yer alıb.

 

Ramazan ayının təqvimini və dualarını təqdim edirik:

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı