Planetin ən yaxşı avtomobilinin adı açıqlanıb
Kia EV3 – 2025-ci ilin avtomobili seçildi.
QHT.az xəbər verir ki, “Dünyada ilin avtomobili” müsabiqəsində 2025-ci ilin qalibi Kia EV3 elektromobili oldu. O, BMW X3 və Hyundai Inster modellərini geridə qoyaraq əsas mükafata layiq görülüb.
Digər qaliblər:
-
Şəhər avtomobili: BYD Seagull
-
Lüks sinif: Volvo EX90
-
İdman avtomobili: Porsche 911 Carrera GTS
-
Elektrik avtomobili: Hyundai Inster
-
Dizayn: Volkswagen ID. Buzz
-
Avtomobil sənayesinin siması: BYD rəhbəri Stella Li
Qaliblər 16 aprel tarixində Nyu York Beynəlxalq Avtomobil Sərgisində elan edilib. WCOTY mükafatları 2005-ci ildən təqdim olunur.
R.İmanov