Xəbərlər 16.03.2023 16:53 1193

QHT sədri: Fransa Korsikada yerli dilin istifadəsinə məhdudiyyət qoymaqla insan hüquqlarını pozur

Bastia inzibati məhkəməsi yerli parlamentdə müzakirələrin Korsika və fransız dilləri olduğunu bildirən prosedur qaydalarının müddəalarını ləğv edib. Məhkəmə hesab edib ki, bu müddəa Fransa Konstitusiyanın 2-ci maddəsinə ziddir. Adanın icra şurası və Korsika Assambleyasının sədrləri bildiriblər ki, bu qərar Korsika parlamenti üzvlərini debatlar zamanı öz dillərində danışmaq hüququndan məhrum etmək deməkdir.

QHT.az  bildirir ki,  Məsələyə münasibət bildirən Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri Ramil İskəndərli AZƏRTAC-a açıqlamasında deyib ki, Korsikada yerli dilin istifadəsi ilə bağlı məhdudiyyətin qoyulması insan hüquqlarının pozulmasından başqa bir şey deyil. Belə ki, Fransanın milli azlıqların doğma dillərindən istifadə hüququnu pozması, Sosial, İqtisadi və Mədəni hüquqlar haqqında Paktın və elədə də Avropada Regional Dillər Xartiyasına ziddir.

"Təsadüfi deyil ki, BMT-nin azlıqlar üzrə Xüsusi Məruzəçisi Fernan de Volan da öz tviter hesabında bu qərarı pisləyib. Hesab edirəm ki, məsələ bununla bitməyəcək. Bu günlərdə mənim də bir QHT nümayəndəsi kimi iştirak etdiyim, İsveçrənin Cenevrə şəhərində BMT-nin İnsan Hüquqları Şurasının 52-ci sessiyası keçirilir. Gündəlikdə duran məsələlərdən biri də Azlıqlarla bağlı BMT xüsusi məruzəçisinin çıxışı və interaktiv dialoqdur. Həmçinin Milli Azlıqlar Forumunun keçirilməsi də nəzərdə tutulur.

Təxmin etmək olar ki, Fransanın Korsikaya münasibətdə qəbul etdiyi qərarlar müzakirə və qınaq mövzusu olacaq", - deyə Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin sədri vurğulayıb.

 

Azərbaycanın başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə hörmətlə yanaşdığını qeyd edən Ramil İskəndərli, eyni zamanda, onu da bildirib ki, Korsika dilinin qadağası ilə bağlı addımları nəzərə alaraq, Fransanın Azərbaycan ərazisində yaşayan erməni əhalisinin hər hansı bir hüquqları ilə bağlı fikir və ya təşəbbüs irəli sürməsi, Azərbaycanı guya erməni əhalisinə qarşı hər hansı hüquqazidd əməllərdə günahkar bilməsi, nəinki qeyri-qanuni, həmçinin mənəviyyatdan uzaq bir davranışdır.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı