Xəbərlər 16.03.2023 19:00 2942

QHT müvafiq yerlə təmin olunub - İcra Hakimiyyətindən açıqlama

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov bildirib ki, “Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyi Sumqayıt şəhərində ofislə təmin olunub:

“Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovun tapşırığına uyğun olaraq “Əlilliyi olan şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin daha effektiv fəaliyyət göstərməsi üçün şəhər ərazisində müvafiq yerlə təmin olunub. İctimai Birlik üçün ayrılmış müvafiq ofisdə artıq təmir işlərinə başlanılıb. Yaxın günlərdə İctimai Birlik həmin ofisdə fəaliyyətini davam etdirə biləcək”.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı