İŞ ELANI
“MG Consulting” MMC, ENEZARET platforması qaynar xəttinin operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Dərc edilmə tarixi: 7 aprel, 2023
Son müraciət tarixi: 10 aprel, 2023
Vəzifə: ENEZARET platformasın qaynar xəttının operatoru
İşəgötürən: “MG Consulting” MMC
İşin müddəti: Aprel 2023 – Sentyabr 2023
“MG Consulting” MMC, ENEZARET platforması qaynar xəttinin operatoru vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• ENEZARET platformasın qaynar xəttinə saat 18:00-dan 00:00 -dək daxil olmuş müraciətlərin qeydiyyatının aparılması və yönləndirilməsi;
• Onlayn şəkildə daxil olmuş şikayətlər/müraciətlər üzrə monitorinq və qiymətləndirmə üçün informasiyaların yığımı, təhlili və qiymətləndirilməsi məqsədilə analitik işləri aparmaq;
• Yerində monitorinq etmək;
• Monitorinq və qiymətləndirmə hesabatlarını hazırlamaq və təqdim etmək.
Namizədə olan tələblər:
• Monitorinq sahəsində iş təcrübəsi;
• Dil bilikləri - Azərbaycan və Rus;
• Vətəndaşlarla işləmək bacarığı;
• Dövlət orqanları ilə işləmək təcrübəsi;
• Sosial şəbəkələrlə işləmək bacarığı;
• Ünsiyyət qurmaq və komandada işləmək bacarığı;
• “B” kateqoriyalı sürücülük vəsiqəsinin olması;
• Şəxsi avtomobilinin olması;
• Standart MS Office proqramlarında qabaqcıl kompüter bacarıqları (Word, Excel, və s.);
MÜRACİƏT QAYDASI
Əvvəlki təcrübə haqqında ətraflı məlumat əks etdirən CV 10 aprel 2023-ci il tarixinədək (saat 17.00-dək) [email protected] email-nə göndərilməlidir (mövzu yerində “ENEZARET platformasın qaynar xəttinin operatoru” yazılmaqla). Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.