Xəbərlər 17.05.2023 13:04 1522

Muzeylərdə “açıq qapı” günü olacaq

May ayının 18-i Azərbaycan muzeylərində “açıq qapı” günü olacaq.

QHT.az  Kult.az -a istinadən xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin saytında məlumat yayılıb.

Məlumata görə, hər il mayın 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd edilir. Bu münasibətlə də vətəndaşlar və ölkəmizin qonaqları həmin gün ödənişsiz olaraq muzeyləri ziyarət etmək imkanı əldə edəcəklər.

Qeyd edək ki, bu gün Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilmişdir və əsas məqsədi muzeylərin cəmiyyətin həyatında mühüm rol oynadığını göstərməkdir.


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı