Xəbərlər 08.06.2023 10:24 1655

Gəncə şəhərinin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərinin Qurtuluş küçəsində yerləşən Sosial Xidmət Müəssisəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində üçmərtəbəli binanın üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində binanın 3-cü mərtəbəsinin bir otağında 1 ədəd yataq dəsti və 1 ədəd plastikdən ibarət qapı yanıb. Yanğın zamanı bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilib.

 

Bina yanğından mühafizə olunub.

 

 

Fotolar


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı