Xəbərlər 08.06.2023 10:05 1759

Məmurlardan prezidentə şikayət etdiyinə görə cərimələndi- ÖZƏL

Rusiyada bir qadın prezident Vladimir Putinə videomüraciətinə görə cərimələnib. Rəsmilər onun hərəkətini razılaşdırılmamış mitinq kimi qiymətləndiriblər. QHT.az xəbər verir ki, mart ayında Udmurtiyanın Votkinsk şəhərinin sakini Nina Krivoshchekova digər vətəndaşlarla birlikdə küçədə Putinə videomüraciət yazıb və orada yolu təmir edə bilməyən və bərbad vəziyyətdə olan yerli məmurlardan şikayətlənib.

Rusiyada adət olduğu kimi, heç kəs şikayətin mahiyyəti ilə maraqlanmırdı, problemin həllində insanlara kömək etmək istəmirdi. Ancaq bir neçə aydan sonra məmurlar qadının sosial şəbəkədəki səhifəsində videonu gördülər və problemin mahiyyətinə deyil, video mesajın faktına qəzəbləndilər. Ninanı 10 min rubl ilə cərimə etdilər.

 

Pərvanə Fərhadqızı

 


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı