Xəbərlər 08.06.2023 20:00 2789

“Düzgün qidalanma rejiminə riayət olunmaması...”- həkim-kardioloq Sona Qəhrəmanova

“Son illər bütün dünyada, həmçinin Azərbaycanda ürək damar xəstəliyidir çox geniş yayılıb. Bu xəstəliklər arasında arterial hipertenziyanı, ürəyin işemik xəstəliyini, aritmiyaları, xroniki ürək çatışmazlığını xüsisilə qeyd etmək lazımdır”. Bu sözləri QHT.az-a açıqlamasında T.E.D. Həkim-kardioloq Sona Qəhrəmanova deyib. Onun sözlərinə görə xəstəliyin vaxtında aşkar olunması, düzgün diaqnostikasının, müalicənin aparılmasının mühüm rolu vardır: “Bu xəstəlik irsi yolla da keçə bilər və ya gündəlik rastlaşdığımız stress ürək damar xəstəliklərinin yaranmasına yol açır. Risk faktorları çoxdur. Düzgün qidalanma rejiminə riayət olunmaması, çoxlu qida, duz, mayenin qəbul olunması ziyandır. Duzun sutkalıq norması 1 çay qaşığı olmalıdır. Diyeta, yağlı qidalar gələcəkdə ürək və beyin damarlarının sıxılması, arterial təziqin artmasına yol açır”.

Həkim-kardioloq Sona Qəhrəmanova həmçinin qeyd edib ki, daha gənc yaşlarda (adətən 20-40 yaşlar arasında) qan təzyiqi 100/70 və 120/80 mm civə sütununa bərabər olmalıdır. Daha yaşlı insanlarda bu rəqəm artır: "Yüksək qan təzyiqi ən təhlükəli xəstəliklərdən biri sayılır. O, ürək tutması və beyin qanaması törədə bilər.  Bəzi insanlarda təzyiq əzəldən aşağı olur  və bu şəxslərdə təzyiq 120-80-ə qədər artması onlarda narahatlıq yaradır. Əvvəlcə sakitləşdirici terapiya, diyeta tətbiq edirik. Bu proseslərlə normallaşma olmursa, o zaman dərmanla müalicə prosesinə keçirik. Vaxtında müalicəyə əməl olunmalıdır. Hipertonik kriz baş verirsə onu tədricən salmaq lazımdı. Birdən birə salınması ziyandı. Yaşlı insanlarda gənclərdən fərqli olaraq təzyiq 180-80, 170-70 ola bilər. Buna sistolik hipertenziyası deyilir. Hər bir halda ürək damar sistemi tərəfindən narahatlıqlar olarsa həkimə müraciət edib, adekvat müalicə alınmalıdır. Öz-özünüzü müalicə etməyin! ”.

 

Pərvanə Fərhadqızı


Paylaş
QHT TV
Elanlar
Son xəbərlər
Qrantlar
Təbriklər
Başsağlığı